Köməyə ehtiyacı olanlar 108-ə zəng edə bilər

  Köməyə ehtiyacı olanlar 108-ə zəng edə bilər
  12 İyun 2020    Oxunub:4248
Sərt karantin günlərində təcili yardıma və kommunal xidmətlərin qaynar xəttinə düşə bilmədikdə vətəndaşlar “108 Çağrı mərkəzi”nə zəng edə bilərlər.
Azvision.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, həmin şəxslərin müraciəti aidiyyatı qurumlara yönəldiləcək.

“Xüsusi təxirəsalınmaz hallar yarandıqda, müraciət etməyə imkan olmadıqda vətəndaş "108 Çağrı mərkəzi”ndən kömək istəyə bilər. Məsələn, kiminsə valideyni tək yaşayırsa və övladları onunla telefon əlaqəsi yarada bilmirsə, kömək ala bilər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: ÜlviMehdiyev   NazirlərKabineti  





Xəbər lenti