İtləri gəzdirmək üçün 1-2 saat vaxt veriləcək

   İtləri gəzdirmək üçün 1-2 saat vaxt veriləcək
  12 İyun 2020    Oxunub:3906
Sərt karantin rejimi günlərində itlərin küçəyə çıxarılmasına icazə verilib. Lakin bundan sui-istifadə edilməməlidir.
Azvision.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, insanlar ev itlərini yalnız 1-2 saat ərzində həyətə çıxarıb, geri qayıtmalıdırlar.

Aytən Zəhra
Azvision.az


Teqlər: Karantin   Həftəsonu  





Xəbər lenti