Bakıda 2 min nəfər dezinfeksiya işlərinə cəlb olunub

Bakıda 2 min nəfər dezinfeksiya işlərinə cəlb olunub
  12 İyun 2020    Oxunub:2429
Bakı şəhərində dezinfeksiya işlərinin aparılmasına 2 minə yaxın insan cəlb olunub. Paytaxtda 11415 bina mövcuddur. Binaların bloklarında, liftlərində həftədə azı iki dəfə dezinfeksiya işləri aparılır.
Azvision.az xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgün Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu gündən məişət tullantılarının atılması üçün blokların qarşısında konteynerlər quraşdırılacaq.

“Bu konteynerlər sərt karantin günlərində insanların məişət tullantılarını atması üçün müəyyən məsafə qət etməməsi üçündür. İki gün ərzində məişət tullantılarının atılması üçün konteynerlər quraşdırılacaq. İki gündən sonra bunlar yığışdırılacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Meriya  





Xəbər lenti