Çimərliklərdə gündəlik reydlər keçiriləcək

Çimərliklərdə gündəlik reydlər keçiriləcək
  12 İyun 2020    Oxunub:2468
Bakıda 6 ictimai çimərlik artıq hazırdır və bütün işlər görülüb.
Azvision.az xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgün Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, gündəlik çimərliklərdə monitorinqlər aparılır: “Həmçinin reydlər keçiriləcək, lakin hər bir çirməliklərdə bununla məşğul olan şəxslər olmalıdır ki, nəzarət tənzimlənsin”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Çimərlik  





Xəbər lenti