TƏBİB rəsmisi: “Vəziyyət hələki nəzarət altındadır”

      TƏBİB rəsmisi:     “Vəziyyət hələki nəzarət altındadır”
  12 İyun 2020    Oxunub:3745
Sərt karantin rejiminin tətbiqində əsas məqsəd insanların təmasını kəsərək yoluxma hallarını azaltmaqdır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, son günlər yoluxma halları ilə sağalanların sayında fərq müşahidə edilir.

“Evlərdə COVİD-19-la pozitiv olan və bunu gizlədən insanlar var. Onlar xəstəxanaya müraciət etmirlər. Bu da ölüm sayının artmasına səbəb ola bilər. Həkimə müraciət etmədən, evdə müalicə almaq ağır hallarının artmasına səbəb olur”.

V.Əliyev bildirib ki, vəziyyət hələki nəzarət altındadır: “Vəziyyətin ciddiləşməsinin qarşısını almaq üçün insanları qaydalara əməl etməyə çağırıram”.

Aytən Zəhra
Azvision.az



Teqlər: VasifƏliyev   infeksionist  





Xəbər lenti