Teymur Mustafayevlə təmasda olanlar nəzarətə götürüləcək

 Teymur Mustafayevlə təmasda olanlar nəzarətə götürüləcək
  12 İyun 2020    Oxunub:4190
Xalq artisti Teymur Mustafayev koronavirusa yoluxma səbəbindən dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, T.Mustayafevə hər iki ağciyərin ciddi sətəlcəmi diaqnozu qoyulub.

“Reanimasiyada bütün tədbirlərin görülməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmadı. Onunla təmasda olan insanlar mütləq qaydada nəzarətə götürülməli və hər hansı əlamətlər olarsa, 103 xidmətinə xəbər verilməlidir. Xəstəlik gecikmiş formada olanda, onları xilas etmək həkimlərimiz üçün də çətindir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TeymurMustafayev  





Xəbər lenti