70 minə yaxın yeni əmək müqaviləsi bağlanıb

 70 minə yaxın yeni əmək müqaviləsi bağlanıb
  12 İyun 2020    Oxunub:2498
İcazələr sistemi aprel ayının 3-dən tətbiq olunmağa başlandı. İlk bir həftə ərzində 40 minə yaxın yeni əmək müqaviləsi bağlandı.
Azvision.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Ümumiyyətlə, həmin dövrdə 70 minə yaxın əmək müqaviləsinin bağlanmasının şahidi olduq. Təşkilatlar əməkdaşlarını icazə sisteminə daxil etmək üçün onların işlərini rəsmiləşdirirlər. Aprel ayında xeyli sayda əmək müqaviləsinin bağlanmasının səbəbi icazələr sistemi ilə əlaqədardır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: ASAN-Xidmət  





Xəbər lenti