Çimərliklərdə növbə tutmaq üçün yeni sistem hazırlanır

   Çimərliklərdə növbə tutmaq üçün yeni sistem hazırlanır
  12 İyun 2020    Oxunub:3529
Vətəndaşların çimərliklərdə boş yerin olub-olmadığını öyrənməsi üçün xüsusi proqram hazırlanır.

Azvision.az xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Elgün Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Vətəndaşlar bu proqram vasitəsilə çimərliklərdə özlərinə yer ayıra biləcəklər. Proqram üzərində iş yekunlaşıb və yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ü.Mehdiyev isə bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə çimərliklər üçün portal hazırlanır. “Yeni sistem vasitəsilə çimərliyin qəbul edəcəyi qədər növbə veriləcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Çimərlik   ElgünHəbibullayev  





Xəbər lenti