Zibil atmaq bəhanəsilə evdən çıxanlara xəbərdarlıq

 Zibil atmaq bəhanəsilə evdən çıxanlara xəbərdarlıq
  12 İyun 2020    Oxunub:6028
Sərt karantin günlərində yaşayış binalarının yanında məişət tullantıları üçün konteynerlərin yerləşdirilməsi vətəndaşlara rahat olacaq. Gəzmək istəyənlərə bəhanə qalmayacaq.
Azvision.az xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgün Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə bildirib ki, blokun yaxınlığındakı konteynerlərə məişət tullantıları atan şəxslər cərimələnməyəcək.

“Belə məqamda evdən çıxıb 50-100 metr gedib, məişət tullantısını atmaqdan söhbət gedə bilməz. Məişət tullantıları üçün konteynerlər blokun qarşısında quraşdırılarsa, insanların həyətə çıxmasına ehtiyac yoxdur. Əgər kiminsə evinin qarşısındakı qablar bir qədər aralıdırsa, çölə çıxa bilməz. İki gün ərzində o qədər də böyük məişət tullantı çıxmır. Onlar məişət tullantılarını eyvana da qoya bilər, blokda qapalı qabda da saxlaya bilərlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Karantin  





Xəbər lenti