Bu şəxslər rayonlara gedə bilməzlər - RƏSMİ

   Bu şəxslər rayonlara gedə bilməzlər -    RƏSMİ
  12 İyun 2020    Oxunub:3575
Sərtləşdirilmiş karantin rejimi elan olunmazdan öncə Bakı, Abşeron və Sumqayıt sakinləri çalışırlar ki, sərt karantin rejimi tətbiq olunmayan ərazilərə getsinlər və iki gün müddətində orada olsunlar.
Azvision.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun inzibati ərazilərinə giriş-çıxışa icazə verilmir.

“Adı çəkilən şəhərlərin və rayonun sakinləri digər rayonlara gedə bilməzlər. Onlar karantin postlarından geri qaytarılacaq. Bu məqsədlə hansısa əraziyə getməsinlər. Yaxın və uzaq qohumlarının evinə getməklə onları da yoluxdura bilərlər. Bir kənddə bir ailənin yoluxması neçə ailənin yoluxmasına səbəb ola bilər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: rayon   Bakı  





Xəbər lenti