Teymur Mustafayevin dəfni ilə bağlı araşdırma aparılacaq

 Teymur Mustafayevin dəfni ilə bağlı araşdırma aparılacaq
  12 İyun 2020    Oxunub:3753
“Yaxınları inkar edə bilərlər, ancaq Xalq artisti Teymur Mustafayev koronavirusdan vəfat edib”.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, koronaviruslu şəxslərin dəfni protokollara uyğun aparılmalıdır.

“Bu, bir növ vətəndaşların məsuliyyəti üzərindədir. Əgər mövcud vəziyyəti inkar edirlərsə, koronavirusla bağlı insanlara yanlış məlumat verirlərsə, dəfn adi qaydada aparılırsa, bu barədə müvafiq qurumlar araşdırma aparacaq və müvafiq ölçülər götürüləcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   TeymurMustafayev  





Xəbər lenti