“Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verildi

“Rəqəmsal Jurnalistikaya doğru” proqramına start verildi
  13 İyun 2020    Oxunub:2593
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı, PAŞA Holdinqin sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramı start götürüb.
Azvision.az xəbər verir ki, məqsəd media nümayəndələrinin jurnalistika sahəsində baş verən yeniliklər və ən son trendlərlə tanış edilməsi, elektron xidmətlər və rəqəmsal həllər haqqında məlumatlandırılması və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir.

Təlimlər 4 gün – 17, 18,19 və 20 iyun tarixlərində vebinar formatında baş tutacaq.
Proqram iştirakçılarının ən yaxşı məqalələri seçiləcək. I yer sahibi 1000 AZN, II yer sahibi 700 AZN, III yer sahibi isə 500 AZN pul mükafatı əldə edəcək.

Kimlər iştirak edə bilər:

- Proqramda informasiya texnologiyaları, elektron hökumət, elektron xidmətlər, rəqəmsal həllər üzrə məqalələr yazan və araşdırmalar aparan media nümayəndələri, həmçinin bu sahədə öz biliklərini artıraraq gənc bloger kimi yetişmək və cəmiyyətin maarifləndirilməsi istiqamətində töhfə vermək istəyən şəxslər.

Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən xüsusi sertifikatla təltif olunacaqlar.

Bu linkdən proqram haqqında ətraflı məlumat ala və proqrama müraciət edə bilərsiniz. https://www.digital.gov.az/digitalazerbaijan/az/webinars/
Qeydiyyat üçün son müraciət tarixi – 14 iyun, saat 00:00.

Qeydiyyatdan uğurla keçən və təyin edilmiş jüri heyəti tərəfindən seçilmiş namizədlərin adları 16 iyun tarixində Mərkəzin rəsmi internet ünvanında dərc olunacaq, həmçinin iştirakçılara e-mail vasitəsilə bildiriləcəkdir.

Əlavə suallarınız üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti