2373 obyektdə sanitar-epidemioloji tələblər pozulub

2373 obyektdə sanitar-epidemioloji tələblər pozulub
  13 İyun 2020    Oxunub:3184
İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə iyunun 11-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda “Kəngərli ət mağazası”nda, “İsti çörək”də, “Al market”də, “Şaurma kafesi”ndə, “Park kafe”də, Nəsimi rayonunda “28 May” Ticarət Mərkəzində “77 nömrəli mağaza”da, “Elvis kafe”də, Yasamal rayonunda “Baku Mall”da “Oyuncaq mağazası”nda, “Geyim”, “Aba geyim” və “Sevil Geyim” mağazalarında, Xətai rayonunda “AMAY” Ticarət Mərkəzində “Qlobus Market”də, “Qab-qacaq mağazası”nda, “Meyvə satışı” mağazasında, “Reklam xidməti”ndə, Səbail rayonunda “Sahil” Ticarət Mərkəzində “Qızıl mağazası”nda, “Araz market”də, “Şah dönər”də, Sabunçu rayonunda “Uğur qapıları”, “Tikinti materialları” mağazalarında, Rauf Məhərrəmova məxsus “Ət dükanı”nda, Nizami rayonunda “999 Mebel”, “Kafel Metlax”, “Mebel Milay”, “Röyal Mebel” mağazalarında, “Müşfiq kafe”də, Aydın İsayevin “Dönər evi”ndə, Zəfər Bəylərovun “Bərbər”, Elnarə Seyidovanın “Gözəllik salonu”, "BQ" QSC-nin “Lombard” xidmət obyektlərində, “Aptek 955”də, Cəlilabad rayonunda “Ruzim market”də, “Veteran Market”də, Pərviz Məmmədovun “Market”ində, Füzuli rayonunda Qalib Babayevin pərakəndə ticarət obyektində, Zaməddin Əsədova məxsus “Aptek əczaçılıq”da, Gədəbəy rayonunda “Park Market”də, “Görüş kafesi”ndə, Oğuz rayonunda “Farfor Oğuz – xırdavat mağazası”nda, Xaçmaz rayonunda “Səbuhi market”də, "Çinar kafesi”ndə və Məclum Hacıbəyova məxsus "Oboy evi"ndə, Qobustan rayonunda “Oba Market”də, “Nihad Market”də, Şamaxı rayonunda “Sürücü Market”də”, ümumilikdə monitorinq keçirilmiş 378 obyektin 122-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin və zəruri sosial davranış qaydalarına, sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Qeyd edək ki, mayın 22-dən iyunun 12-dək 5376 sahibkarlıq subyektində monitorinq keçirilib və 2373 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Azvision.az


Teqlər: İqtisadiyyatNazirliyi  





Xəbər lenti