Karantin nəzarətinə götürülmə ilə bağlı yeni qaydalar

Karantin nəzarətinə götürülmə ilə bağlı yeni qaydalar
  13 İyun 2020    Oxunub:9103
“Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli Qərarında dəyişiklik edilib.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Azvision.az -a bildirilib ki, dəyişikliyə əsasən, hava-damcı yolu ilə yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsində yeni qaydalar müəyyən edilib.

Belə ki, qərara edilən yeni dəyişikliyə görə, yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisələrindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən müəyyən olunmuş qaydalara riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində tibbi müşahidə həyata keçirilir.

Bununla əlaqədar bildiririk ki, hazırda ölkəmizdə COVID-19 testi təsdiqlənmiş simptomsuz və yüngül simptomlu xəstələrin müşahidəsi və müalicəsi xüsusi rejimli tibb müəssisələrində aparılır.

COVID-19 virusuna yoluxma sürətinin artmasını nəzərə alaraq bu dəyişiklik Nazilər Kabineti yanında Operativ Qərargah tərəfindən müzakirə olunur. COVID-19 xəstəliyini yüngül simptomla və ya simptomsuz keçirən şəxslərin ev şəraitində təcridi və müalicəsi barədə qərar qəbul edildiyi halda ictimaiyyətə əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: TƏBİB   Karantin   Qayda   Qərar  





Xəbər lenti