COVID-19 Braziliyada: 828 min yoluxma, 42 minə yaxın ölüm

       COVID-19 Braziliyada:     828 min yoluxma, 42 minə yaxın ölüm
  13 İyun 2020    Oxunub:2664
Braziliyada koronavirus infeksiyasına 25 982 yeni yoluxma qeydə alınıb.

Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 909 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə ümumilikdə 828 810 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 365 063 nəfər müalicə olunaraq sağalıb, 41 828 nəfər vəfat edib.

Bununla da Braziliya COVID-19 qurbanlarının sayına görə Böyük Britaniyanı qabaqlayaraq dünyada ikinci yerə çıxıb.

Azvision.az


Teqlər: Braziliya  





Xəbər lenti