Trampın müşaviri: “ABŞ-da ikinci dalğa olmayacaq”

  Trampın müşaviri:  “ABŞ-da ikinci dalğa olmayacaq”
  13 İyun 2020    Oxunub:2755
ABŞ rəhbərliyi koronavirusun ikinci dalğasını gözləmir, ölkənin bəzi ərazilərdə infeksiyanın yayılmasını nəzarət altına almaq mümkündür.
Azvision.az "Wall Street Journal"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou investorlarla görüşdə bildirib.

O, qapalı onlayn görüşdə söyləyib ki, Cənubi Karolina və Arizonada yoluxmaların sayının artması xəstəliyin ikinci dalğası ilə bağlı deyil, bu, əhəmiyyətli dərəcədə testlərin aparılmasının nəticəsidir.

"Mütəxəssislər yeni dalğa görmürlər. İcazə verin, yenə də təkrarlayım: yeni dalğa yoxdur", - deyə Trampın müşaviri əlavə edib.

Xatırladaq ki, Con Hopkins Universitetinin son məlumatına görə ABŞ-da 2 milyondan artıq insan koronavirusa yoluxub, 113 mindən çox xəstə vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: LarriKudlou  





Xəbər lenti