Ermənistanda koronavirus tüğyan edir - Yoluxma sayı 16 mini keçdi

Ermənistanda koronavirus tüğyan edir -  Yoluxma sayı 16 mini keçdi
  13 İyun 2020    Oxunub:3683
Ermənistanda son bir gündə rekord sayda insan - 723 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsindən canlı yayımla bildirib.

O deyib ki, ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət yaxşı deyil: “Son sutkada 723 yeni yoluxma halı aşkarlanıb, altı nəfər ölüb, 442 xəstə sağalıb”.

Beləliklə, Ermənistanda iyunun 13-nə olan ümumi yoluxma sayı 16 004-dür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti