“Koronavirusun geniş yayılmasının günahkarı hakimiyyətdir” - Erməni deputat

 “Koronavirusun geniş yayılmasının günahkarı hakimiyyətdir” -  Erməni deputat
  13 İyun 2020    Oxunub:3632
Koronavirus pandemiyasının ölkədə geniş yayılmasında günahkar Ermənistan hakimiyyətidir.
Azvision.az xəbər verir ki, bu barədə "Parlaq Ermənistan" partiyasının deputatı Ani Samsonyan bildirib.

“Hörmətli hakimiyyət səlahiyyətliləri, siz yanlış məlumatların koronavirus pandemiyası ilə mübarizəyə mane olduğundan şikayət edirsiniz, amma gəlin dürüst olaq, koronavirusla bağlı yanlış məlumatı ilkin olaraq siz vermisiniz”.

Deputat əlavə edib ki, hakimiyyət öncə epidemiyanın təhlükəli olmadığını deyib, daha sonra isə əhalini qorxutmağa başlayıb.

"Siz dediniz ki, maska taxmaq vacib deyil, sonra maskadan istifadə məcburi oldu”.

A.Samsoyan polisin vətəndaşlara qarşı davranışını da pisləyib: “Biz polisin zəif olması barədə danışmırıq, amma deyirik ki, bu gün istifadə olunan köhnə polis metodlarını təşviq etmək proporsional deyil”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti