Ötən il 2 min nəfər yaşamaq üçün Azərbaycana gəlib

Ötən il 2 min nəfər yaşamaq üçün Azərbaycana gəlib
  13 İyun 2020    Oxunub:3682
2019-cu ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2 min nəfər gələn və ölkədən 1,6 min nəfər daimi yaşamaq üçün gedən qeydə alınıb.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, miqrasiya saldosu müsbət 0,4 min nəfər olub.

Daimi yaşamaq üçün Azərbaycana ötən il Gürcüstandan 747, Rusiyadan 572, Türkiyədən 197, MDB ölkələrindən 911, Ukraynadan 88, Almaniyadan 15, ABŞ-dan 11 nəfər gəlib.

2018-ci ildə Azərbaycana 3,2 min nəfər gələn və ölkədən 1,6 min nəfər daimi yaşamaq üçün gedən qeydə alınıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Əhali   Miqrasiya  





Xəbər lenti