Heydər Əliyev zirvəsinə sərhədçi yürüşü - VİDEO+FOTOLAR

 Heydər Əliyev zirvəsinə sərhədçi yürüşü -  VİDEO+FOTOLAR
  13 İyun 2020    Oxunub:5306
15 İyun - Milli Qurtuluş Günü ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının ifadəsi məqsədilə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən general və zabitlərdən ibarət bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinə ənənəvi yürüşü təşkil olunub.
DSX-nin mətbuat mərkəzindən Azvision.az -a verilən məlumata görə, Xidmətin Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxıb, orada Azərbaycanın dövlət bayrağını ucaldıb, dövlət himnini ifa edib və 15 İyun - Milli Qurtuluş Gününü tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.



Sərhədçi yürüşünün yekununda qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmlənməsində, ölkəmizdə sərhəd mühafizəsi sisteminin formalaşmasında və inkişafındakı əvəzsiz xidmətləri əbədi olaraq xatirələrdə yaşayacaq.



Dahi Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə daim böyük qürur və şərəflə həyata keçiriləcək, ölkəmizin sərhəd mühafizəsi daha da möhkəmlənəcək, yaxın zamanlarda dövlətimizin ərazi bütövlüyü təmin olunacaq və dövlət sərhədlərimizin hər bir hissəsində müzəffər bayrağımız ucaldılacaq.







Azvision.az


Teqlər: Heydər-Əliyev   DSX  





Xəbər lenti