Bakı-Şamaxı yolunda böyük tıxac yarandı - FOTOLAR

  Bakı-Şamaxı yolunda böyük tıxac yarandı -    FOTOLAR
  13 İyun 2020    Oxunub:6497
Bölgələrə getmək istəyən Bakı, Sumqayıt və Abşeron sakinləri karantin postlarından geri qaytarılır. Bu səbəbdən Bakı-Şamaxı yolunda böyük tıxac müşahidə edilir.
Azvision.az -ın məlumatına görə, yol polisi əməkdaşları avtomobilləri bir-bir yoxlayır, rayon qeydiyyatında olmayan şəxslərin postlardan keçməsinə icazə verilmir. Nəticədə bir çox vətəndaşlar geri qayıtmağa məcbur olurlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 14-ü saat 00:00-dan iyunun 16-sı saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarında sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.













Foto: Əhməd Xəlilov
Azvision.az


Teqlər: Polis   Karantin  





Xəbər lenti