Türkiyədə toylar belə keçiriləcək - Hamı maskada olacaq

  Türkiyədə toylar belə keçiriləcək -    Hamı maskada olacaq
  14 İyun 2020    Oxunub:5914
Türkiyədə toy məclislərinin keçirilməsi ilə bağlı yeni qaydalar məlum olub.
Azvision.az xəbər verir ki, toy mərasimində bəy və gəlin daxil olmaqla, bütün qonaqlar tibbi maskada olmalıdır. Şənlik zamanı bir neçə nəfərin birlikdə ailə fotosu çəkdirməsinə icazə verilməyəcək.

Mərasimlərin havalandırma sistemi olan məkanlarda, həmçinin açıq havada keçirilməsi tövsiyə olunur.



Qaydalara əsasən, masalar arasında 1,5 metrlik ara məsafəsi tətbiq olunacaq. Toyda iştirak edəcən şəxslərin sayı zalın sahəsinə uyğun olaraq hesablanacaq. Zala daxil olan bütün qonaqların hərarəti ölçüləcək.

Qeyd edək ki, Türkiyədə iyulun 1-dən toy mərasimlərinin keçirilməsinə icazə veriləcək.

Azvision.az


Teqlər: Türkiyə   Toy  





Xəbər lenti