TƏBİB: 130 koronavirus xəstəsi reanimasiyadadır

      TƏBİB:    130 koronavirus xəstəsi reanimasiyadadır
  14 İyun 2020    Oxunub:4563
Azərbaycanda koronavirusla bağlı 13 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 7505 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 375 759-a çatıb.

Reanimasiyada olan xəstə sayı 130, süni tənəffüs cihazında olan xəstə sayı 23-dür.

Hazırkı dövrədək ölkəmizdə 9570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5309 nəfər müalicə olunaraq sağalıb, 115 nəfər vəfat edib. Aktiv xəstə sayı 4146 nəfərdir.

Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti