İctimai nəqliyyat iki gün işləməyəcək

  İctimai nəqliyyat iki gün işləməyəcək
  14 İyun 2020    Oxunub:4509
2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarda bildirilib.

Qərara əsasən, xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisnadır.

Azvision.az


Teqlər: Karantin   Qərar  





Xəbər lenti