Apteklər iki gün ünvana çatdırılma xidməti göstərəcək

 Apteklər iki gün ünvana çatdırılma xidməti göstərəcək
  14 İyun 2020    Oxunub:4944
Azərbaycanın sərt karantin rejimininin tətbiq edildiyi iri şəhər və rayonlarında yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.
Azvision.az xəbər verir ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində apteklər yalnız ünvana çatdırılma xidməti ilə fəaliyyət göstərəcək.

Apteklərin qeyd olunan tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Qeyd edək ki, sərtləşdirilmiş karantin günlərində fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdirilib.

Azvision.az


Teqlər: Karantin   Aptek  





Xəbər lenti