Koronavirusdan ölənlərin sayı 430 mini ötdü

   Koronavirusdan ölənlərin sayı 430 mini ötdü
  14 İyun 2020    Oxunub:4713
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 7 milyon 872 min 684 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 432 min 475 nəfərdir.

İndiyədək 4 milyon 42 min 466 nəfər xəstəlikdən sağalıb. Ən çox yoluxma (2,142,224) və ölüm faktı (117,527) ABŞ-da qeyd alınıb.

Xatırladaq ki, COVID-19 infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Koronavirus 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti