COVID-19: Ötən günün yoluxma və ölüm statistikası

     COVID-19:    Ötən günün yoluxma və ölüm statistikası
  14 İyun 2020    Oxunub:3693
Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, ötən sutka ərzində 134 150 nəfər yeni növ koronavirusa yoluxub, 4342 nəfər dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 7 milyon 872 min 684 nəfərdir. İndiyədək 432 min 475 insan pandemiyanın qurbanı olub.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti