Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir - FOTO

 Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir -  FOTO
  14 İyun 2020    Oxunub:4455
Paytaxtda Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.
Bakı şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, şəhərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.



Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkətinə icazə verilir.

Azvision.az


Teqlər: Karantin   Rejim  





Xəbər lenti