Ordumuzun parad heyəti Moskvaya yola düşdü - VİDEO

Ordumuzun parad heyəti Moskvaya yola düşdü -  VİDEO
  14 İyun 2020    Oxunub:4686
Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə iyunun 24-də Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti Rusiyaya yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirəcəklər.

Hərbi paradda hərbçilərimizin ölkəmizdə istehsal edilmiş silahlarla təntənəli keçidi olacaq.



Azvision.az


Teqlər: MüdafiəNazirliyi  





Xəbər lenti