Azərbaycanda 3148 məhkum elektron qolbaq daşıyır

 Azərbaycanda 3148 məhkum elektron qolbaq daşıyır
  14 İyun 2020    Oxunub:3984
Azərbaycanda indiyədək 4684 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.
Bu barədə Azvision.az -a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1 536 məhkumdan elektron qolbaqlar çıxarılıb.

Hazırda elektron qolbaq daşıyan 3148 nəfər müvafiq cəzalarını çəkir və Monitorinq Mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.

Azvision.az


Teqlər: Məhkum   Qolbaq   Ədliyyə-Nazirliyi  





Xəbər lenti