Erməni partiya sədri: “Sussam, əxlaqsız qadının oğluyam”

  Erməni partiya sədri: “Sussam, əxlaqsız qadının oğluyam”
  14 İyun 2020    Oxunub:4040
"Çiçəklənən Ermənistan” partiyasının sədri, iş adamı Qaqik Tsarukyan Milli Təhlükəsizlik Xidməti tərəfindən dindirilməyə çağırılıb.
Azvision.az xəbər verir ki, partiya sədri bu barədə jurnalistlərə açıqlamasında bildirib.

İşin sonuna kimi gedəcəyini deyən Tsarukyan hər şeyə hazır olduğunu və sınmayacağını vurğulayıb. İş adamının sözlərinə görə, 2015-ci ildə o vaxtkı hakimiyyət ona sövdələşmə təklif edib. Tsarukyan lakin təklifdən imtina edib.

"İndi də təklif edirlər. Ancaq yenə də razılaşmayacağam".

Partiya lideri hansı sövdələşmədən söhbət getdiyini açıqlamayıb: "Xalqa verdiyim sözə əməl etməliyəm. Hakimiyyət bu iki il ərzində hər şeyi korladı. İnsanlar yerlərində deyillər, təcrübəsizdirlər. Hər gün dövlətə və əhaliyə ziyan vururlar".

Partiya lideri MTX-nin onun evində axtarış aparmasını siyasi təzyiqin nəticəsi hesab edir.

"Susmayacağam, sussam, əxlaqsız qadının oğluyam. Bu gün 300-400 min insan işsizdir. Problemlərini həll etmək əvəzinə yeni vergilər ortaya atırlar. Üç ay sonra aclıq olacaq".

Ermənistan Milli Təhlükəsizilik Xidməti isə bəyan edib ki, Qaqik Tsarukyana məxsus şirkətlərin qumar oyunları ilə bağlı qanunsuz fəaliyyəti nəticəsində dövlət büdcəsinə təxminən 60 milyon dollarlıq vergi verilməyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   deputat  





Xəbər lenti