Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü
  14 İyun 2020    Oxunub:9737
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 387 yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib. Aktiv xəstə sayı 4255 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 381 min 846 test aparılıb. Bugünkü test sayı isə 6087-dir.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti