Sabirabadlıların Heydər Əliyev sevgisi - VİDEO

 Sabirabadlıların Heydər Əliyev sevgisi -  VİDEO
  14 İyun 2020    Oxunub:10812
Ümummilli lider Heydər Əliyev Sabirabada çox bağlı olub, 15 dəfə səfər edib, Sabirabadın inkişafında onun böyük zəhməti, hər yerində bir xatirəsi var. İstəyirəm ki, gənc və orta nəsil də bu tarixi yaxşı bilsin, həmin xatirələri birbaşa onların canlı şahidlərindən eşitsinlər.
Azvision.az xəbər verir ki, bunu Sabirabaddan seçilən deputat Kamal Cəfərov "Facebook" səhifəsində yazıb.

Deputat bildirib ki, Sabirabad rayon ağsaqqallar şurasının sədri Böyükağa müəllimdən Sabirabad rayon mədəniyyət mərkəzi və Surra körpüsünün tikilmə tarixini eşitmək çox maraqlıdır.

"Azərbaycanda pambığın simvoluna çevrilmiş Fatma xanımdan Heydər Əliyev xatirələrini eşitmək insanı çox duyğulandırır. Kimya və Zibeydə müəllimədən rayonda tikilmiş məktəblərin Heydər Əliyevin təşəbbüsü ilə olmasını bilmək çox vacibdir.

Sabirabad camaatı çox zəhmətkeşdir, mehribandır, qədirbiləndir. Ümummilli liderə çox bağlıdır, onun ətrafında həmişə sıx birləşiblər, bu gün də cənab Prezident İlham Əliyevin siyasətinin aktiv dəstəkçiləridir.



Tam səmimiyyətimlə deyirəm ki, fəxr edirəm ki, Milli Məclisdə Sabirabadı təmsil edirəm. Bu mənim üçün böyük şərəfdir.

Milli Qurtuluş günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, həm də müasir müstəqillik tariximizin dönüş nöqtəsidir. Bu baxımdan böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Video sujetin hazırlanmasında göstərdiyi köməkliyə görə Sabirabad rayon İcra Hakimiyyətinə, xüsusilə İlham müəllimə, Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna xanıma, videonun hazırlanmasında böyük əziyyəti olan Elxan Qəniyev və köməkçim Varisə təşəkkür edirəm", - deyə Kamal Cəfərov qeyd edib.

Azvision.az


Teqlər: Sabirabad   Heydər-Əliyev  





Xəbər lenti