TƏBİB: 28 koronavirus xəstəsi süni tənəffüs cihazına qoşulub

     TƏBİB:  28 koronavirus xəstəsi süni tənəffüs cihazına qoşulub
  15 İyun 2020    Oxunub:10985
Azərbaycanda koronavirusla bağlı 14 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 6087 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 381 846-ya çatıb.

Reanimasiyada olan xəstə sayı 136, süni tənəffüs cihazında olan xəstə sayı 28-dir.



Hazırkı dövrədək ölkəmizdə 9957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib. Aktiv xəstə sayı 4255 nəfərdir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus   Pandemiya   Test  





Xəbər lenti