Erkən nikahlar ən çox bu bölgələrdə qeydə alınır

 Erkən nikahlar ən çox bu bölgələrdə qeydə alınır
  15 İyun 2020    Oxunub:4973
Azərbaycanda qızların erkən yaşda ərə verilməsi özünü daha çox Aran bölgəsi, Şirvan, Bakı-Abşeron, Cənub zonası və qismən də Şimal bölgəsində biruzə verir.

Azvision.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elektron təlimində məlumat verilib.
Bildirilib ki, erkən nikah halları, erkən yaşda uşaq dünyaya gətirən qızlar əsasən kənd və rayonlarda yaşayanlardır.

“Yetkinlik yaşına çatmayan qızlar dini kəbin kəsilməklə ərə verilir və rəsmi nikahdan kənar qalırlar. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, qızların müstəqil yaşamaq və təhsil hüququnun əlindən alınması ilə nəticələnir. Erkən nikah probleminin aradan qaldırılmasına məsuliyyət təkcə valideynlərin üzərinə düşmür. Burada ətraf mühit, yeniyetməni əhatə edən sosium da böyük rol oynayır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Erkən-nikah  





Xəbər lenti