Koronavirusa yoluxanların sayı 8 milyonu keçdi - YENİLƏNİB

Koronavirusa yoluxanların sayı 8 milyonu keçdi -  YENİLƏNİB
  15 İyun 2020    Oxunub:5742
Dünyada koronavirusdan ölənlərin sayı 436 min nəfərə yaxınlaşır.
Azvision.az xəbər verir ki, COVID-19-un qeydə alındığı ölkələrdə infeksiyaya yoluxanların sayı 8 milyon nəfəri ötüb.

Belə ki, dünyada virusa yoluxanların ümumi sayı 8, 007, 717 nəfər təşkil edir. Pandemiya ərzində koronavirusdan 435, 849 pasiyent ölüb. Müalicə alan 4, 134, 704 xəstə sağalıb.

***
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 7 milyon 997 min 609 nəfərə çatıb. Azvision.az Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 435 min 681 nəfərdir.

İndiyədək 4 milyon 129 min 309 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti