TƏBİB COVID-19-la bağlı əhaliyə müraciət etdi

  15 İyun 2020    Oxunub : 2795
   TƏBİB COVID-19-la bağlı əhaliyə müraciət etdi
Hər kəs müəyyən qaydalara əməl etməklə COVID-19 infeksiyasının qarşısının alınmasına kömək edə bilər.
Azvision.az -ın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) COVID-19 infeksiyasının qarşısının alınması üçün əhaliyə etdiyi müraciətində qeyd olunub.

"Bunun üçün insanlar məsuliyyətli olmalı, gigiyenik qaydalara riayət edilməli, tibbi maskadan istifadə edilməli, sosial məsafəni gözləməlidirlər. Sosial məsafə insanın özü ilə başqaları arasında qoyulan 2 metr məsafədir".-deyə, bildirilib.

Azvision.az

Teqlər: TƏBİB