Astarada qardaş qardaşı güllələdi

   Astarada qardaş qardaşı güllələdi
  15 İyun 2020    Oxunub:4213
İyunun 14-də Astara rayonunun Ərçivan qəsəbəsində qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Astara RPŞ-nin əməkdaşları tərəfindən H.Əliyev saxlanılmış, ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti