TÜRKPA komissiyasının onlayn iclası keçirilib

TÜRKPA komissiyasının onlayn iclası keçirilib
  16 İyun 2020    Oxunub:2279
İyunun 15-də TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda iclası onlayn videokonfrans formatında keçirilib.
Azvision.az -ın məlumatına görə, onlayn iclas “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsinin müzakirəsi” üzrə iki sessiyadan ibarət olub.

İlk sessiyaya TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri və Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov sədrlik edib.

Sessiya zamanı üzv ölkələrdən olan ekspertlər təqdimatlar edib, həmçinin COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması ilə bağlı təşkilata üzv ölkələrdə həyata keçirilən tədbirlər müzakirə edilib. İştirakçılar məsələ ilə bağlı milli qanunvericilik və beynəlxalq əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar. İkinci sessiyaya Komissiyanın katibi Emin Həsənov moderatorluq edib.

İkinci sessiya zamanı üzv ölkələrdən olan ekspertlər qanunvericiliyin uyğunlaşdırılması və enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanunun hazırlanması üzrə məsələləri müzakirə ediblər.

Videokonfransda təşkilata üzv ölkələrin parlamentlərindən və Özbəkistandan olan millət vəkilləri ilə yanaşı, üzv ölkələrinin müvafiq nazirlik və qurumlarından, həmçinin beynəlxalq təşkilatlardan olan ekspertlər də iştirak ediblər.

Azvision.az


Teqlər: TÜRKPA  





Xəbər lenti