Zaqatalanın “Cingöz qala”sı - FOTOREPORTAJ

  15 İyun 2020    Oxunub : 12159
 Zaqatalanın “Cingöz qala”sı -  FOTOREPORTAJ
“Cingöz qala” Zaqatalanın Car kəndində yerləşir. XVI əsrə aid olduğu deyilən tikili 3 mərtəbədən ibarətdir. Mərtəbələrin arası taxta döşəmələr ilə kəsilib. Dağların ətəyində, çay sahilində inşa olunmuş qalada uzun müddət Cingözovlar nəslinin nümayəndələri yaşayıb.
Bəzi tədqiqatçılar qalanın adının burada yaşayan nəslin adı ilə əlaqəli olduğunu bildirir, digərləri isə hərbi məqsədlər üçün tikilən abidənin adının Cingöz, yəni cin kimi ayıq, sayıq mənasında işləndiyini iddia edirlər. Hələlik bununla bağlı dəqiq məlumat mövcud deyil.

Qalanın tarixi haqqında da müxtəlif fikirlər səsləndirilir. Tikilinin üzərinə XVI əsr yazılsa da, yerli sakinlər qalanın XIII əsrdə inşa olunduğunu hesab edirlər.

Azvision.az-ın “Cingöz qala”dan hazırladığı fotoreportajı təqdim edirik:























Foto: Əhməd Xəlilov
Azvision.az

Teqlər: Zaqatala   Qala   Kənd   Abidə