Azərbaycanda 132 koronavirus xəstəsi reanimasiyadadır - STATİSTİKA

   Azərbaycanda 132 koronavirus xəstəsi reanimasiyadadır -    STATİSTİKA
  16 İyun 2020    Oxunub:3500
Azərbaycanda koronavirusla bağlı 15 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 5052 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 386 898-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 132, süni tənəffüs cihazında olan xəstə sayı 30-dur.



Hazırkı dövrədək ölkəmizdə 10324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib. Aktiv xəstə sayı 4463 nəfərdir.

Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti