“Bu, artıq dəlilikdir” - Zohrabyanın ofisində axtarış aparılır

  “Bu, artıq dəlilikdir”  - Zohrabyanın ofisində axtarış aparılır
  16 İyun 2020    Oxunub:1937
“Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zohrabyanın ofisində axtarış aparılır.
Azvision.az xəbər verir ki, bu barədə Zohrabyanın özü “Facebook” yazıb.

Müstəntiq deputata zəng edərək ofisində axtarış aparacağını və əlində bunun üçün orderin olduğunu deyib.

"Mən hazırda evdə olduğumu və parlamentə getməyim üçün vaxt lazım olduğunu söylədim. Müstəntiq isə vurğuladı ki,maksimum dərəcədə tez gəlməsəm, qapını sındıracaq”.

Baş verənləri qanunsuzluq adlandıran Zohrabyan, beynəlxalq təşkilatlara və mediaya çağırış edib.

"Əziz həmvətənlər, bu, artıq dəlilikdir".

Xatırladaq ki, 14 iyun tarixində Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” partiyasının liderinə qarşı üç maddə üzrə cinayət işi açıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ÇiçəklənənErmənistan  





Xəbər lenti