Koronavirusa yoluxan Bəhram Bağırzadənin vəziyyəti necədir?

 Koronavirusa yoluxan Bəhram Bağırzadənin vəziyyəti necədir?
  16 İyun 2020    Oxunub:11224
Bəhram Bağırzadənin səhhətində heç bir irəliləyiş yoxdur. Hazırda vəziyyəti stabil ağırdır.

Bunu Azvision.az -a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib. Onun sözlərinə görə, aktyor Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində ECMO aparatına qoşulu vəziyyətdədir.
“Hələ heç bir yenilik yoxdur. Aparatlara bağlıdır. Səhhətində o zaman irəliləyiş olacaq ki, aparatlardan ayrılacaq. Ondan öncə heç bir irəliləyişdən söhbət gedə bilməz".

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin 90%-dən çox ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bəhram-Bağırzadə   Koronavirus  





Xəbər lenti