İrəvanda etirazlara qoşulan Avropa çempionu saxlanıldı - VİDEO

 İrəvanda etirazlara qoşulan Avropa çempionu saxlanıldı -  VİDEO
  16 İyun 2020    Oxunub:3828
Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir.
Azvision.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, polis aksiya iştikçılarını ərazidən uzaqlaşdırmağa çalışır.

Bir çox aksiya iştirakçısı saxlanılaraq polis bölməsinə aparılıb. Onların arasında məşhur erməni güləşçisi, Avropa çempionu və Olimpiya oyunlarının bürünc mükafatçısı Roman Amoyan da var.

Aksiya Tsarukyana dəstək məqsədilə keçirilir.



Xatırladaq ki, hazırda Ermənistan parlamentində “Çiçəklənən Ermənistan” partiyasının lideri, deputat və iş adamı Qaqik Tsarukyanın deputat toxunulmazlığından məhrum edilməsi və həbsi müzakirə olunur. Müvafiq vəsatətlər baş prokuror Artur Davtyan tərəfindən təqdim edilib.

Tsarukyan və rəhbərlik etdiyi fraksiya baş vermiş hadisələrin siyasi sifariş olduğunu bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QaqikTsarukyan  





Xəbər lenti