Zaqatalanın qədim qala divarları - FOTOREPORTAJ

Zaqatalanın qədim qala divarları -  FOTOREPORTAJ
  18 İyun 2020    Oxunub:9484
Zaqatala qalası 1830-cu ildə inşa edilib. Çar Rusiyası tərəfindən hərbi məqsədlə tikilmiş qalanın 3 giriş qapısı var. Qalada ilk vaxtlar toplarla təchiz edilmiş güclü qarnizon saxlanılıb.
Yerli sakinlərin bildirdiyinə görə, Zaqatala qalası çar hakimiyyətinə qarşı bir sıra kəndli üsyanlarının yatırılmasında əsas dayaq məntəqəsi olub. Belə ki, çar hakimiyyəti 1905-ci ilin iyununda üsyan etmiş Potyomkin zirehli gəmisinin inqılabçı matroslarını Zaqatalaya sürgün edib və onlar bu qalada yerləşdirilib.

Qala 1984-cü ildə Tarix Mədəniyyət Qoruğu elan edilib. Uzunluğu 1500 metrdən artıq olan qala divarları hazırda öz əzəmətini qoruyub saxlayır.

Azvision.az-ın Zaqatala qala divarlarından hazırladığı fotoreportajı təqdim edirik:























Foto: Əhməd Xəlilov
Azvision.az


Teqlər: Zaqatala   Qala  





Xəbər lenti