Azərbaycana 41 təcili yardım avtomobili gətirilib
39 ədəd təcili tibbi yardım avtomobilinin salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdirlər. Belə ki, ambulanslar kardiomonitor, 3 növ xərək, vakuum şinalar, salondakı hərarəti tənzimləmək üçün klimat-kontrol, işıqlanma sistemi (evimə qədər ötür) və s. xüsusiyyətlərlə təchiz ediliblər.
Avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənirlər. Bu da onlara tıxac və ya dar olan küçələrdə sərbəst manevr etməyə imkan verir. Həmçinin avtomobillər daha az yanacaq sərf edirlər. “Fiat” markalı “Doblo” modeli təcili tibbi yardım avtomobilləri Türkiyə Respublikasında istehsal olunublar.
Qeyd edək ki, təcili tibbi yardım avtomobilləri Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (15 ədəd), Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına (10 ədəd) və Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasına (7 ədəd) təhvil veriliblər.
Bu ilin sonuna kimi 41 ədəd təcili tibbi yardım avtomobilinin və 2 ədəd Ambulans-Perinatalın ölkəyə gətirilməsi nəzərdə tutulub.
Azvision.az
Teqlər: Təcili Yardım Avtomobil