Ramin Bayramlı: “Hazırda 5 min aktiv xəstəmiz var”

  Ramin Bayramlı:  “Hazırda 5 min aktiv xəstəmiz var”
  18 İyun 2020    Oxunub:3894
Xəstəxanalarda çarpayı fondunun 15 faizə qədəri reanimasiya üçün nəzərdə tutulur. 10 faizində isə şöbələrdə yatan xəstələr qısa müddət ərzində oksigen alır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, xəstələrin əskəriyyətinin oksigenə ehtiyacı yaranır: “Bu qədər aparatdan istifadə problemlərin yaranmasına səbəb olur. Bunu nəzərə alaraq, əlavə generatorlar alınıb. Modul tipli xəstəxanalarla birlikdə hazırda 7 minə yaxın çarpayı fondu var. Bizim artıq 5 min aktiv xəstəmiz var. Sağalma müddətində uzanma baş verir. Buna görə yoluxanlarla sağalanlar arasında fərq olur. Tibb müəssisələrinin üzərinə ciddi yük düşür”, - deyə TƏBİB sədri qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Virus   Xəstəxana  





Xəbər lenti