Volkan Bozkır İlham Əliyevə təşəkkür etdi

Volkan Bozkır İlham Əliyevə təşəkkür etdi
  19 İyun 2020    Oxunub:3357
BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilmiş türkiyəli diplomat Volkan Bozkır Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Azvision.az xəbər verir ki, bu barədə Bozkır “Twitter” səhifəsində paylaşım edib.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilməyim münasibətilə təbrikindən şərəf və qürur duydum. Cənab Prezidentə səmimi təşəkkürümü və hörmətimi ifadə edirəm”.

Xatırladaq ki, V.Bozkırın namizədliyini 192 dövlətdən 178-si dəstəkləyib. O, bu vəzifədə 74-cü sessiyanın işinə rəhbərlik etmiş Nigeriyanın BMT yanında daimi nümayəndəsi Ticani Məhəmməd-Bandı əvəz edəcək.

Hazırda Bozkır Türkiyə parlamentinin xarici siyasət üzrə komitəsinə başçılıq edir. Daha əvvəl Avropa İttifaqı işlər üzrə nazir və qurum ilə danışıqlarda Türkiyə nümayəndə heyətinin başçısı vəzifəsini tutub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İlhamƏliyev   BMT  





Xəbər lenti