Ali Hərbi Məktəbdə növbəti buraxılış mərasimi keçirilib - FOTOLAR
Hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin ifasında Azərbaycanın dövlət himni səsləndirilib, məktəbin döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov çıxış edərək əlamətdar gün münasibətilə məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, gənc zabitlərə cansağlığı, ailə səadəti və xidmətdə uğurlar arzulayıb.
Sonra məktəbin məzunlarına diplomlar və fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunub.
Hərbi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edildikdən sonra şəxsi heyət tribunanın önündən keçib.
Azvision.az