Çimərliyə getmək qadağan edildi

 Çimərliyə getmək qadağan edildi
  21 İyun 2020    Oxunub:4035
Azərbaycanda sərt karantin rejimi tətbiq olunan ərazilərdə çimərliyə getmək qadağan edilib.
Azvision.az xəbər verir ki, çimərlikdən istifadə qadağası 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.

Qeyd edək ki, bu gündən etibarən Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda sərt karantin rejimi tətbiq edilir.

Azvision.az


Teqlər: Çimərlik  





Xəbər lenti